Azərbaycan

Seyran Ohanyanın oğlu da Qarabağda yaralanıb

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan Qarabağda gedən döyüşlərdə yaralanıb.

Seyran Ohanyanın vəkili Karen Mejlumyan informasiyanı təsdiqləyib.

“O, xəsarət alıb və xəstəxanalardan birindədir. Başqa təfərrüatları açıqlaya bilmərəm”, – Mejlumyan deyib.

Qeyd edək ki, dünən Seyran Ohanyanın da Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanması xəbəri yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button