İranSağlıq & Yaşam

Xoyda qanunsuz dərman preparatları aşkarlanıb

Xoyda 30 milyon tümən dəyərində qaçaq dərmanlar kəşf edilib. Bu barədə Qərbi Azərbaycan Polis fərmandehinin müavini məlumat verib. Sərhəng İrəc Həsən Xaninin sözlərinə görə, bir əttarinin qanunsuz dərman saxlama fəaliyyəti barədə məlumat daxil olub. Polis məmurları məhkəmə mücəvvizi aldıqdan sonra əttari mağazasında yoxlamalar aparıblar. Baxış zamanı 24 min 504 ədəd qaçaq dərman, bir ədəd tramadol həbbi, 70 ədəd metadon həbbi, 12 litr yarım metadon şərbəti kəşf edilərək götürülüb. Əməliyyat nəticəsində dükan plomplanıb və bir nəfər tutuqlanıb. Açıqlamaya görə, ilkin pərvəndə təşkil edilərək məhkəmə məqamlarına təhvil verilib. Qeyd edək ki, ölkədə iqtisadi çətinliklər vətəndaşları birbaşa qeyri qanuni işlərə yönəldir və İqtisadi pərvanələrin çoxalması, nəticədə millətin pərişanlığına gətirib çıxarır.

Related Articles

Bir cavab yazın

Back to top button