Azərbaycanİran

Azərbaycan Mərkəzi Partiyasının Urmu hadisələri və Azərbaycan xanımlarının gündəm problemləri ilə bağlı bəyaniyyəsi

Azərbaycan Mərkəzi Partiyası (AMP) İran İslam Cumhurisinin İranda azərbaycanlı xanımlara qarşı nifrət dolu çıxışları sistematik şəkildə təbliğ etdiyinə və icazə verdiyinə görə qınayır.

Avqustun 9 -da İranın şimal -qərbindəki Urmu şəhərində bir dini məzhəbi adam iki gənc xanıma iyrənc şəkildə hücum edib. Bu adam, gənc xanımları saçlarını örtməyə və düzgün bir hicab taxmağa məcbur etməyə borclu olduğuna inanırdı (Əmr be məruf, nəhy əz münkər yəni yaxşıya əmr və pisliyi qadağan edir). İki gənc xanımla bu şəxs arasında qısa mübahisə etdikdən sonra, iki xanımın necə geyim seçmək hüququndan əl çəkmədiyini anladıqdan sonra maşına minir və hər iki gənc xanımən üzərinə maşını sürərək onları əzib keçir. Bu nifrətli cinayətinin qurbanları ağır yaralanır və xəstəxanaya yerləşdirildi.
İran İslam Cumhurisi yarandığı gündən başlanaraq hicabı məcburi etmək üçün ayrı -seçkilik qanunları qəbul edərək İrandakı azərbaycanlı xanımları geyim seçmək hüququndan məhrum edib. İrandakı azərbaycanlı xanımlar müxtəlif vaxtlarda məcburi hicaba etiraz ediblər və kimin nə geyinəcəyini seçmək gücünün olmadığı bir gündə yaşayırlar. İran rejimi, ölkənin təhsil sistemində “yaxşıya əmr, pisliyi qadağa”nı təbliğ edir, bu da müsəlmanlara saçlarını düzgün örtməyən hər bir xanımı xəbərdar etməyə imkan verirki, hicab, məsələsini öz əllərinə alsınlar. Bundan əlavə, 12 avril 2015 -ci ildə İran İslam Cumhurisi Parlmanı, “yaxşılığa əmr, pisliyi qadağa ” edənləri qorumaq üçün qanun qəbul etdi və bu, müsəlman vətəndaşların məsələləri öz şəxsi məsələlərinə çevirmələri üçün təhlükəsiz bir məntəqə yaratdı. Beləliklə xanımları zorla hicab saxlamağa məcbur etsin.
Azərbaycanlı atalarımız 1905 -ci il İranda Məşrutə İnqilabı zamanı a:dilanə qanunun eləcə də cəzadan öncə ədalətli mühakimə hüququ qazanmaq üçün çox mübarizə aparıblar. Urmuda baş verən hadisələr İran İslam Cumhurisi tərəfindən əlaqələndirilir və qurbanların mühakimə olunmasından öncə Azərbaycanın əyalətlərindən birində xanımlara qarşı sistematik bir nifrət hücumu təşkil edir. Azərbaycan Mərkəzi Partiyası (AMP), azərbaycanlı xanımların hüquq və azadlıqlarının təmin edilməsi naminə həmrəy olduğunu bildirir.

Azərbaycan Mərkəzi Partiyası
19 Mordad 1400

Related Articles

Bir cavab yazın

Back to top button