İran

Məhəmmədrza Seyfi: “Daha 6184 şagird təhsilini yarımçıq qoyub”

Qərbi Azərbaycanda daha 6184 şagird təhsilini yarımçıq qoymalı olub. Məsələ ilə bağlı Elatlar və Təhsil Ədalətinin Gəlişdirilməsi Dəftərinin baş müdiri Məhəmmədrza Seyfi açıqlama verib. Məlumata görə, hazırki tədris ilində ümumilikdə 210 mindən çox şagird təhsilini yarımçıq qoyub.
Qərbi Azərbaycanın Baş Təhsil İdarəsinin müdiri Məhin Mənafi isə bildirib ki, 1399-1400-cü təhsil ilinin göstəricilərinə əsasən, əyalətdə 10 555 nəfər müxtəlif səbəblərdən təhsilini yarımçıq qoyub. Onlardan 4 371 nəfər isə təhsilini yenidən davam etdirməyə razılıq verib.
Məhin Mənafi qeyd edib ki, məcazi tədris prosesinə keçid də lazımi tekniki təchizatları olmayan şagirdlərin təhsildən uzaqlaşmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button