Azərbaycanİran

Dörd aylıq hüquqi mübarizədən sonra Azərbaycanlı körpə El Ana kimlik vəsiqəsi ala bilib

El Ananın valideynləri və Azərbaycanlı hüquqşünas və Doğu Azərbaycan Vəkillər birliyinin İnsan Haqları Komissiyasının üzvü Əsgər Məhəmmədi 3 ay 28 gün davam edən hüquqi mübarizədən sonra bu körpəyə kimlik vəsiqəsi ala biliblər.

“El Ana”nın atası cənab Allah Verdi qızının kimlik vəsiqəsini şəxsi İnstaqram səhifəsində yayıb və yazıb: “Faşizm və aparteidə qarşı mübarizə və müqavimət başa çatdı və nəhayət El Anaya kimlik vəsiqəsi ala bildik.

Valideynlər tərəfindən seçilən adlara kimlik vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə 2020-ci ildə Ərdəbilli uşaq “Ayıl” üçün kimlik vəsiqəsinin verilməməsi və Ayılın atasının şəhər qeydiyyat idarəsi qarşısında etiraz etdiyi bir videonun yayılması “Ayıl Kampaniyasının” başlanğıc nöqtəsi idi. Bu kampaniyada Ayılın valideynlərinin bu uşaq üçün kimlik vəsiqəsi alamadıqları etirazına əlavə, oxşar bir maneə yaşayan başqa Azərbaycanlı ailələr də yaşadıqları təcrübələri sosial şəbəkələrdə dərc etməyə başladılar. Bununla yanaşı iranlı bəluç, kürd və ərəb ailələri də sosial mediada paylaşım edərək uşaqları üçün doğum şəhadətnaməsi alarkən qarşılaşdıqları eyni maneələri tənqid etmişdilər.

Ən son halda, Təbrizli uşağa seçilən ada görə kimlik vəsiqəsi verməkdən dörd ilə yaxın imtina edən Təbriz Qeydiyyat İdarəsi nəhayət ictimai rəyin təzyiqi və uşağın ailəsinin qanuni axtarışı ilə “Ataxan”a kimlik vəsiqəsi verib.

İranın Vətəndaşlıq Qeydiyyatı Təşkilatı təsdiqlənmiş adlarının siyahısını yayımlayaraq vətəndaşlardan bu adları uşaqları üçün seçmələrini istəyir. Valideynlər tərəfindən seçilən ad Qeyd idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün bu təşkilatın (ad komitəsinin) idarə heyətinə göndəriləcək və təsdiq edilmədiyi təqdirdə adın seçilməsinə icazə verilməyəcək.

Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarına zidd olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.

Related Articles

Bir cavab yazın

Back to top button