
Aralıq Dənizindən keçərək özlərini İtaliya sahillərinə çatdırmaq istəyən 11 afrikalı mühacir mehrin 21-də Tunes sularında batıb. Məlumata görə, sahil qardı mehrin 21-də Tunesin Səfaqəs limanına yaxın sulardan 8 qadın və 3 uşağın cəsədini çıxarıb.
Tunes rəsmilərinin sözlərinə görə, bir qayığa təxminən 30 nəfər minib. Həmin qayığın onları İtaliyanın güneyindəki Lampduza adasına çatdırmaq istədiyi bildirilib. Sahil qardı hazırda qayığın yoxa çıxmış sərnişinlərinin axtarışını davam etdirir.
Xatırladaq ki, ötən il 90 afrikalı mühacirin qayığı da Tunes sularında batıb. Bu hadisə Tunesin su ərazisində baş verən ən kədərli hadisə sayılır.