İran

Təbrizdə bu gün səhər mütəmadi olaraq zəlzələ baş verib.

Təbrizdə bu gün səhər ardıcıl zəlzələlər baş verməklə şəhər sakinlərinin çoxu bir neçə saat evdən kənarda, o cümlədən parklar və öz maşınlarının içində keçiriblər. Doğu Azərbaycanda məsul məqamlar bildirib ki, zəlzələ xəsarətlə nəticələnməyib. İlk zəlzələ 2.4 rişter olmaqla səhər saat 3:30-da baş verib və əyalətin bəzi bölgələrini silkələyib. Tehranın Bilimyurdu Jeofizik Müəssisəsinin Titrəyiş Ölçmə Mərkəzi bu zəlzələnin ocağının Təbrizdən 18 kilometr aralıqda, Yerin 8 kilometr dərinliyində həyata keçib. Bu olaydan sonra 5 ardıcıl zəlzələdə də baş verib.
Doğu Azərbaycanın təbii Fəlakətlərini İdarə etmə İdarəsinin baş müdiri Məhəmməd Baqer Hünərbər bildirib ki, Qızıl Aypara və sair yardımedici qurumların qüvvələri hazır vəziyyətə gətirilib və Təbrizin müxtəlif yerlərinə və kəndlərə göndərilib. Təbrizin şəhrdarisi isə yanğınsöndürmə güclərini bu şəhərin bütün mərkəzlərində, arama-qurtarma ehtimalı olacağına görə, hazır vəziyyətə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button