İran

İranın neft naziri Ermənistan baş nazirinin müşaviri ilə görüşüb

İranın neft naziri Cavad Ouci Ermənistan baş nazirinin müşaviri ilə görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib.

“Aznews tv” xəbər verir ki, Cavad Ouci və Artaşes Tumanyan arasında baş tutan görüşdə iki ölkə arasında enerji sahəsində uzunmüddətli əlaqələrin dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanın karbohidrogen ehtiyatları çox cüzidir və ehtiyac duyduğu enerjini təmin etmək üçün yanacaq idxalından və keçmiş Sovet İttifaqı dövründə tikilmiş atom elektrik stansiyasından asılıdır. Ermənistanın şərqdə neftlə zəngin qonşusu Azərbaycan və qərb qonşusu Türkiyə ilə siyasi fikir ayrılıqları səbəbindən İrəvan öz enerji tələbatını İran və Gürcüstandan təmin edir.

Bundan öncə erməni mənbələri iki ölkənin İran qazının Ermənistana ixracını artırmaq barədə razılığa gəldiyini bildirib. Hazırda Ermənistan qazının təxminən 80 faizini Rusiya təmin edir.

Xatırladaq ki, 2004-cü ildə Tehran və İrəvan arasında imzalanan 20 illik qaz və elektrik enerjisi mübadiləsinə dair müqaviləyə əsasən, İranın ixrac etdiyi qaz Ermənistandakı elektrik stansiyaları tərəfindən istehlak edilir və bunun müqabilində İran Ermənistandan elektrik enerjisi idxal edilir. Ermənistan 2009-cu ilin ortalarından İrandan qaz idxal edir.

Related Articles

Bir cavab yazın

Back to top button