Dünya

Türkiyə Silahli Qüvvələrinin “Pençe Kartal-2” əməliyyatı başa çatıb

Türkiyə Silahlı Qüvvələrinin İraqın quzeyində yerləşən Qara bölgəsində PKK terrorçularına qarşı 10 fevriyə tarixindən başlatdığı “Pençe Kartal-2” əməliyyatı başa çatıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, jeneral-mayor Yaşar Güler bildirib. Onun sözlərinə görə, əməliyyatda ümiumilkdə 50 terrorçu zərərsizləşdirilib. Qısa müddətli hərəkatda Türkiyə ordusunun xələbansız uçaqlarından istifadə olunub. Yaşar Güler İraqda PKK/YPG terrorçularının əsas mərkəzi olan Qəndil bölgəsinə yaxın məsafədə yerləşən Qarada bir mağaranın ələ keçirildiyini açıqlayıb. “Mağaraya 3 giriş, 9 otaq və 7 dəmir qapı var. Bəllidir ki, uzun müddətli fəaliyyətlərdən sonra bu mağara yaradılıb. Mağarada 8 terrorçu ələ keçirildi”,-deyə o, diqqətə çatdırıb. Qeyd edək ki, sözügedən mağarada Türkiyə ordusu terrorçular tərəfindən öldürülən 13 Türkiyə vətəndaşının cəsədini tapıb. Əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin 3 nizamisi şəhid olub, 3-ü isə yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button