İran

Ukrayna rəsmisi: “İran vurulan təyyarə ilə bağlı hesabat göndərməyib”

İranın Hava Yolu müsafir Daşıma Sazimanı Ukrayn uçağının vurulması barədə son raporun təhqiqata cəlb olunan ölkələrə göndərildiyini iddia edib. Ancaq Ukraynın xarici işlər vəzirinin müavini Yevgeni Yenin bu iddianı təkzib edib. O, dey ayının 3-də Ukrayn radiosuna müsahibəsi zamanı Şikaqo Konvansiyonun 13 nömrəli əlavəsinə istinadən bildirib: “Ukraynın Uçuş olayları Milli Təhqiqat Dəftərinin rəisi ilə danışmışam. O, İran tərəfindən hansısa bir raporun daxil olmasını təyid etməyib. Raporun hazırlandığını və tərcüməsinin tamamlandığını İrandan dəfələrlə eşitmişik. Şikaqo Konvansiyonuna əsasən, fənni təhqiqat üzrə rapor 1 il müddətinə hazırlanmalıdır. Əks halda İran dövləti öz müvəqqəti raporunu nəşr etdirməlidir. Müvəqqəti rapor dəyərsiz və etibarsız hesab olunur. Son fənni təhqiqata əsasən, qəramətin miqdarı təyin oluna bilər”. Yevgeni Yenin bir daha Ukrayn uçağı ilə bağlı müstəqil və tərəfsiz araşdırma başladılmasını istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button