Azərbaycan

Emin Hüseynov: “Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”

“Hazırda əsas məsələ azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsidir”. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Naftalan – Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edən Emin Hüseynov bildirib ki, Qarabağ öz zəngin təbiəti ilə Azərbaycanın zəngin tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir: “Qarabağın turizm potensialından istifadə etmək yalnız 3 əsas amil nəzərə alınmaqla mümkündür.

Birincisi, ərazidə təhlükəsizliyin təmin edilməsi, ikincisi, infrastruktur yaradılması və üçüncüsü əhalinin geri qayıtması.

Ağdam və Füzulidə Zəfər və açıq hava altında işğal muzeyimiz olacaq. Hazırda Füzuli meşə parkı və Ağdam meşə parkının müfəssəl layihə planı hazırlanma mərhələsindədir. Biz azad olmuş ərazilərdə bütün infrastrukturu təmin etməklə yanaşı əhalinin qayıtmasını da təmin edəcəyik.

Bu qayıdış xarici turistlər arasında da regionun təhlükəsiz olması ilə bağlı böyük güvən hissi yaradacaq. Təbii ki, vətəndaşımızın qayıdışını təmin edəcək əsas amillərdən biri iş yerlərinin yaradılmasıdır. Təkcə Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”.

Related Articles

Bir cavab yazın

Back to top button