İran

İndoneziya İrana nota verib

Əndonezi ələ keçirilmiş Güney Kore nəft tanker ilə ilgili İrana etiraz məktubu verib. Bu barədə Əndonezinin Tehrandakı səfirliyindən məlumat verilib. Belə ki, səfirlik sözügedən tankerdə çalışan vətəndaşlarının durumu ilə bağlı İran Xarici İşlər Vəzirliyinə etiraz məktubunu təqdim edib. Sənəddə nəft tankerində işləyən iki əndonezili şəxslə bağlı bilgi əldə edilməsi və onlarla görüşə icazə verilməsi tələb olunub.
Qeyd edək ki, “SEPAH”ın Dəniz Qüvvələri Güney Kore bayrağı altında üzən “Hankok” tankerini Körfəz sularında ələ keçirib. Bu tanker Güney Kore, Vyetnam, Əndonezi və Myanmardan olan xədəmə ilə birlikdə Bəndər Abbas limanına aparılıb. Gəmi saxlanılarkən orada 5 Kore, 11 Myanmar, 2 Əndonezi və 2 Vietnam vətəndaşı da daxil olmaqla 20 dənizçi olub.

Related Articles

Bir cavab yazın

Back to top button