Dünya

Dünya xalqlarının maraqlı Yeni il adətləri

​​​​​​​Yeni ilin gəlişinə sayılı günlər qalıb.

Dünya ölkələri 2022-ci ili “Pələng ili”ni qarşılayır. Yeni il müxtəlif ölkələrdə eyni həvəs, eyni ruh yüksəkliyi, eyni coşğu ilə qarşılanır.

Lakin fərqli ölkələrdə fərqli adət-ənənələrlə. Dekabrın 31-də evlərdə bayram süfrəsi açılır. Hər xalqın da özünəməxsus süfrə mədəniyyəti var. Amma bütün ölkələrdə hər evdə Yolka bəzəmək ümumi ənənəyə çevrilib.

İtaliyada  Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə  bir o qədər sərvət gətirə bilər.

Bir çox  Fransa əyalətlərində  bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi orada bayram sürfəsindən qoğal və ya bulka qoyur.
Almaniyada Yeni il tortu bişirmək, süfrəyə donuz əti qoymaq adətdir.

Elə ki, saatlar gecəyarını vurur, müxtəlif yaş təbəqəsinə aid almanlar masa, stul, kresloya minir və son saat zəngi çalınanda birlikdə Yeni ilə atlanırlar.
İngiltərədə Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər – çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur.

Yeni il axşamı Norveçdə uşaqlar hədiyyəni keçidən gözləyirlər. Rəvayətə görə Norveç kralı II Olaf bir dəfə yaralı keçini qayaların üzərindən düşürərək xilas edir, heyvanı saraya gətirir və sağaldaraq sonra gəldiyi yerə qaytarır.

Şotlandiyada Yeni ilə ərəfəsində çəlləkdə qətran yandırır və çəlləyi bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, Köhnə ilin yandırılmasıdır.

Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram sürfəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər.

Rumıniyada Yeni il axşamı sürfəyə içərisində kiçik sürprizlər-qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan bayram qoğalı qoyulur.
Macarıstanda Yeni il günü uşaq tütəkləri,  fit almaq və hədiyyə etmək dəbdir.

Hindistanda  Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə  bəzəyirlər. Ölkənin mərkəzində evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında  od qalayırlar.

Yaponiyada Yeni il bayramı bir neçə gün davam edir. Yeni il ərəfəsi “qızıl həftə” adlanır. Bu vaxt bir çox müəssisələr, firmalar, böyük univermaqlar işləmirlər.

Əgər İtaliyada köhnə ev əşyalarını küçəyə atırlarsa, Argentinada Yeni il gecəsi o qədər də təhlükəli deyil, lakin gözləniliməz “yağış”altına düşmək mümkündür.
Braziliyada Yeni ilin gəlişini çox gözəl qarşılayırlar. Çimərliklərə minlərlə şam gətirir, onları yandırır və qum üzərində qoyurlar.

Uzaq Avstraliyada Yeni il günü çox isti havadır, ona görə də Şaxta baba qonaqlığa xəz paltoda deyil,  çimərlik geyimində gəlir.

Nə cür qarşılanmasından asılı olmayaraq Yeni il yeni ümidlər, yeni arzular deməkdir. Qoy, Yeni ilimiz hər evə, ocağa ruzi-bərəkət, bütün xalqlara sülh və firavanlıq gətirsin. Yeni iliniz mübarək!

Related Articles

Bir cavab yazın

Back to top button