AzərbaycanDünyaİran

Güneyli alimə görə İsveçin baş nazirinə məktub ünvanlandı

Əslən güney azərbaycanlı olan İsveç vətəndaşı professor Əhmədrza Calalinin İran həbsxanasında 8-ci ilinin tamamlanması ilə eyni vaxtda, onunla bağlı İsveçin baş naziri Ulf Kristerssona müraciət olunub.

Bu barədə alimin həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.

Məktub bundan əvvəl İranda girov saxlanılan 15 isveçli tərəfindən yazılıb və onlar Calalinin vəziyyətindən narahatlıqlarını bildirib, İsveç hökumətinin onun azad edilməsi üçün səylərini artırmağı tələb ediblər.

Güneyli alimin həyat yoldaşı aprelin 26-da İstokholmda Beynəlxalq Əfv Təşkilatının keçirdiyi toplantıda professor Calali ilə bağlə çıxış edib.

O, 8 ildir Evin həbsxanasında edam hökmu altında saxlanılan həyat yoldaşının azad edilməsi üçün İsveç hökumətinin səylərinin qənaətbəxş olmadığını deyib.

Qeyd edək ki, təhlükəsizlik məmurları 2016-cı ilin april ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər edən Əhmədrza Cəlalini həbs ediblər.

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında əslən Güney Azərbaycanın Sarab şəhərindən olan Cəlalini “İsrailə casusluq” ittihamına görə edama məhkum edib.

Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Related Articles

Bir cavab yazın

Back to top button