Azərbaycanİran

Qərbi Azərbaycan əyalətində dövlət idarələrinə qazın verilişi dayandırılıb

Qərbi Azərbaycan əyalətinin Qaz Şirkətinin "Bəsic" müqavimət qərargahının komandiri Hüseyn Nəcəfi əyalətin on bir icra strukturunun binalarına maye qaz verilişinin dayandırıldığını deyib.

O, bunun dövlət idarələrində qazdan ifrat istifadə ilə bağlı olduğunu iddia edib.

Qeyd edək ki, son günlər İranın neft-kimya, polad, sement və elektrik stansiyaları sənayeləri ilə yanaşı sonra 840 dövlət, ictimai təşkilat və mərkəzə də qazın verilişi dayandırılıb.

Bildirilir ki, soyuq mövsümlərdə qaz yataqlarının işlənilməməsi, qazın hasilatı, ötürülməsi və paylanması mərhələsində bir neçə il ardıcıl olaraq geniş itkilərə məruz qaldığı üçün ölkə ciddi qaz çatışmazlığı ilə üzləşir.

Related Articles

Bir cavab yazın

Back to top button