Mədəniyyət və incəsənət

Bu gün Məhəmmədhüseyn Şəhriyarın anım günüdür

XX əsr Azərbaycan şeir ədəbiyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar 11 dey 1285-ci ildə Təbriz şəhərində anadan olub. Milliyətcə Azərbaycan türkü olan şair daha çox “Şəhriyar” təxəllüsü ilə tanınıb. İlk təhsilini Təbrizin Mütəhəri və Tehranın Darulfünun mədrəsələrində alıb. Tibb danişkədəsində təhsil aldıqdan sonra Xorasan, daha sonra isə Tehranda Səbt-əhval və bank işçisi kimi fəaliyyət göstərib. Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan yaranıb. Onun bu sahədə peşakarlaşmasında valideynlərinin rolu danılmazdır. Bildirək ki, Şəhriyar 7 yaşından Azərbaycan, 9 yaşından isə fars dilində şeirlərin müəllifi olub. Artıq 20-ci illərin ortalarından istedadlı gənc şair kimi tanınıb. Onun Azərbaycan şeirini ən yüksək zirvələrə ucaldan, vətənsevərlik duyğuları aşılayan, milli həmrəylik düşüncəsini təbliğ edən əsərləri var. Hansı üslubda yazmasından asılı olmayaraq şairin bir mövzusu var idi – Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş səsini eşitmək. O, həyatının böyük bir hissəsini İran adlanan ölkənin müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur qalıb. Ustad şəhriyarın ana dilimizdə şah əsərlərindən biri onun “Səhəndiyə”-si dir. Bu əsərin ərsəyə gəlməsində mərhum Bulut Qaraçorlu Səhəndin bir başa təsiri var. Şəhriyar Tehranda pəhləvilərin ziddi türk siyasətindən təngə gələrək “Əla Tehraniya İnsaf mi:kon” başlı farsca şeiri yazıb. Bu vasitə ilə mərkəz yönlü hakimiyyətə, bu siyasəti dəstəkləyənlərə sərt cavab verib. Ustadın iki bölümdə yazdığı “Heydərbabaya salam”, Süleyman Rüstəmə yazdığı şeir məktubu, bir çox şeirləri Azərbaycan ədəbiyyatının unudulmaz əsərlərindəndir. Şəhriyarın xatirəsinə Quzey Azərbaycanda 1998-ci ildə post təmri çap edilib. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İranın milli şeir və ədəbiyyat günü kimi yox, Fars ədəbiyyatının çiçəklənən günü kimi qeyd olunur. Belə ki, Şəhriyarın son illərdə ana dilimizdə yaratdığı əsərlər qarşında fars dilli ədiblərin deməyə heç bir sözü qalmayıb. Bu səbəblə də böyük şairin ölümü fars şairlərinin sıxıntıdan çıxması və ədəbiyyatlarının çiçəklənməsi kimi qəbul olunur. Məhəmmədhüseyn Şəhriyar uzun sürən mərizlikdən sonra 27 şəhrivər 1367-ci ildə 82 yaşında Tehranda vəfat edib. Məzarı Təbrizin “Şairlər məqbərəsi”ndə yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button