Dünya

Amerika və İsrail xarici işlər nazirləri arasında İranla bağlı telefon danışığı olub

Amerikanın xarici işlər naziri Antoni Blinken və İsrailin xarici işlər naziri Yair Lapid arasında telefon danışığı baş tutub.

Amerikanın xarici işlər naziri Antoni Blinken və İsrailin xarici işlər naziri Yair Lapid arasında telefon danışığı baş tutub.

“Aznews.tv” xəbər verir ki, nazirlər İranın nüvə təhdidi, habelə Rusiyanın Ukraynaya qarşı təhdidləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Amerika Xarici İşlər Nazirliyinin dekabrın 5-də yaydığı bəyanata əsasən, Blinken prezident Bayden hökumətinin İsrailin əmniyətinin qorunmasına güclü bağlılığını bir daha təkrarlayıb.

Xatırladaq ki, Lapidin Blinkenlə telefon danışığı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla “Twitter”də söz davasından cəmi bir gün sonra gerçəkləşib.

Related Articles

Bir cavab yazın

Back to top button