İran

İranda minlərlə ev istiliksiz qaldı

İranda kəskin soyuqlar səbəbindən minlərlə ev istilik qazından məhrum qalıb.

bu barədə “Bloomberg” agentliyi Rəzəvi-Xorasan vilayətinin qubernatoru Yaqub-Əli Nəzəriyə istinadən xəbər verib.

“Rəzəvi-Xorasanda ən azı 90 min istehlakçının qaz təchizatı dayandırılıb”, – deyə o bildirib.

Qeyd olunub ki, ən azı dörd digər şimal vilayətlərdə və ölkənin şərqindəki bir neçə bölgədə də qaz təchizatı dayandırılıb.

Rəsmilərin sözlərinə görə, İranda son on ilin ən sərt şaxtalı havası müşahidə olunub və bu, yanacaq üçün rekord yüksək tələbata səbəb olub.(Ednews)

Related Articles

Bir cavab yazın

Back to top button