Azərbaycan

Hikmət Hacıyev: “İrəvan Xaçaturyanın saxlanmasına etiraz etməklə hərbi cinayətlərə haqq qazandırır”

“25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanmasına Ermənistanın rəsmi, ictimai/media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə bildirib.

“O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”, – Prezidentin köməkçisi əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button