İran

İranın İttilaat nazirliyinin 3 üzvü öldürülüb

İranın İttilaat Vəzirliyinin üç üzvü öldürülüb. Bu barədə İttilaat Vəzirliyinin Ümumi Rəvabit və Bilgiləndirmə Mərkəzinin yaydığı açıqlamada məlumat verilib. Bildirilib ki, həmin şəxslər Sistan və Bəluçistan vilayətində qətlə yetiriliblər.
Açıqlamada onların şəxsiyyətləri, habelə öldürüldükləri dəqiq ərazi barədə bilgi yoxdur. İctimai şəbəkələrdə yayılan qeyri-rəsmi məlumatlarda isə onların Çabahar şəhərində qətlə yetirildikləri deyilir.
İttilaat Vəzirliyindən bildirilib ki, həmin şəxslər Sistan və Bəluçistan vilayətində fəaliyyət göstərən cinayətkar dəstələrdən birinə qarşı əməliyyat həyata keçirərkən öldürülüblər.

Related Articles

Bir cavab yazın

Back to top button