İran

İranda Oğuz adına şəxsiyyət vəsiqəsi verilmir

İranda türklərə qarşı ayrı-seçkilik siyasəti davam edir. Belə ki, 31 ordibehiştdə Hüseyn Əmani Nadarlı özünün instaqram hesabındakı paylaşımında oğlu Oğuza sicilli verilmədiyini bildirib. Onun sözlərinə görə, İranın Səbt- Əhval Baş İdarəsi bu adın təyid edilmiş adlar listəsində olmadığını əsas gətirərək, Oğuza sicilli verməkdən imtina edib. Artırmalıyıq ki, İranda sicillisi olmayan bir uşaq, bütün ictimai, təhsil və tibbi xidmətlərdən məhrumdur.
Qeyd edək ki, İranın Səbt- Əhval İdarəsinin Azərbaycan və türk adlarına görə yeni doğulan uşaqlara doğum sənədi verməkdən yayınması ilk belə hal deyil. Bundan öncə də İranda vətəndaş haqlarının pozulması və Azərbaycan türklərinə qarşı ayrı-seçkilik edildiyini göstərən çox sayda xəbər yayılıb. Təbriz, Urmu, Ərdəbil, Tikantəpə, Xiyo, Culfa, Xoy və başqa şəhərlərdən olan türk valideynlər övladlarına seçdikləri Ayıl, Anar, Sevgi, Yağış, Atakan, Varan, Huntay, Ozan və b. adların qeydiyyata alınmadığını bildirərək bununla bağlı sosial şəbəkələrdə paylaşım ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button