İran

İran şirkətləri Ermənistandakı İran Biznes Mərkəzində fəaliyyət göstərməyə can atır

İranın Ermənistandakı biznes mərkəzində xidmətlərin göstərilməsi ilə bağlı İranın Əmək və İctimai Rifah Nazirliyinin iştirakı ilə iclas keçirilib.

Toplantıya kooperativlər, biliyə əsaslanan şirkətlər və sözügedən nazirliyə bağlı iqtisadi mərkəzlər də qatılıblar.

“İRNA”nın xəbərinə görə, Əmək və İctimai Rifah Nazirliyinin rəsmisi Hamed Fruzan bu haqda deyib: “Beynəlxalq Əlaqələr Baş İdarəsinin ixracın inkişafı sahəsindəki missiyalarını yerinə yetirmək və bu nazirliyin imkanlarını beynəlxalq arenada tanıtmaq üçün biz İranın regional bazarlarda nüfuzlu mövqe qazanmasına çalışırıq”.

Daha sonra Ermənistandakı İran Ticarət Mərkəzinin rəhbəri bildirib: “İranın Ernənistandakı biznes mərkəzi İslam Cümhuriyyətinin Ticarətin İnkişafı Təşkilatının rəsmi icazəsi ilə 10.00 kvadrat metrdən daha böyük bir ərazidə qurulub”

Related Articles

Bir cavab yazın

Back to top button