DünyaİranSiyasət

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

Birləşmiş Ştatların Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların genişləndirdiyini bildirib.

Aznews.tv xəbər verir ki, qara siyahıya daha 16 şirkət, 9 fiziki şəxs və 6 tanker daxil edilib.

Sanksiyalar məruz qalan şirkətlər İranda, Livanda, Sinqapurda, Suriyada, BƏƏ (Fourteen star Ship Management LLC) və Hindistanda (Vaniya Ship Management Private Limited, Bushra Ship Management Private Limited) qeydiyyatdadır.

Fiziki şəxslər isə İran, Hindistan və Livan vətəndaşlarıdır.

Qara siyahıya salınan tankerlərdən 4-ü İran, digərləri isə Panama və Sent-Kits və Nevis Federasiyasının bayraqları altında üzür.

Sentyabrın 3 ABŞ-ın İran qurumlarına qarşı sankisyalar tətbiq etdiyi barədə məlumat yayılmışdı.

Qara siyahıya İranın Kosmik Agentliyi, Kosmos Aradşırmaları Mərkəzi və Astronavtika İnstitutu daxil edilmişdi.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button