Azərbaycan

Avropanın ən böyük qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Türkiyənin İstanbul şəhərində, Avropanın ən böyük qülləsində Azərbaycan Respublikasının bayrağı işıqlandırılıb.

Kiçik Çamlıca Radio və Televiziya qülləsində işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə hərəkətdə olublar.

369 metrlik qüllədəki bu aksiya tarixi torpaqların işğaldan azad olunması uğrunda mübarizədə Azərbaycan xalqı ilə həmrəyliyin daha bir təzahürü olub. Azərbaycan bayrağının təsviri Türkiyə meqapolisinin bir çox nöqtələrindən görünüb.

 

 

Related Articles

Bir cavab yazın

Back to top button