İran

Qərbi Azərbaycan əyalətində koronavirus təhlükəsi yüksəlib

Qərbi Azərbaycanda koronavirusla bağlı durum ağır olaraq qalır. Belə ki, əyalətin 7 şəhəri qırmızı və narıncı məntəqəyə daxil edilib. Məsələ ilə bağlı İranın Sağlıq Vəzirliyindən açıqlama verilib. Məlumata əsasən, Urmu şəhərində durum qırmızı, Üç Nova, Sarıdaş, Bəykəndi, Sulduz, Daş Makı və Çayparada isə narıncıdır. Qərbi Azərbaycan Tibb Elmləri Danişqahının rəisi Cavad Ağazadə deyib ki, son bir ay ərzində koronavirusa ən çox yoluxma faktı marsın 28-də qeydə alınıb. Son 24 saatda əyalətdə 420 nəfər təhlükəli virusa yoluxub, onlardan 97 nəfəri mərizxanaya yerləşdirilib. Hazırda sağlıq mərkəzlərində müalicə alanların sayı 507 nəfərdir. Həmin şəxslərdən 132 nəfər ICU bölməsində müalicə alır, 23 nəfər isə süni tənəffüs dəstgahına qoşulub. Ötən bir gündə koronavirus qurbanlarının sayı 4 nəfər artaraq, ümumilikdə 3 748 nəfərə yüksəlib.
Pandemi başlayandan bu günə kimi Qərbi Azərbaycanda yoluxma sayı 121 min nəfərdən çox olub.

Related Articles

Bir cavab yazın

Back to top button