İran

İranda daha bir əsgər intihara cəhd etdi

İranda həkimlər tərəfindən depressiya diaqnozu qoyulan Əmirsam Şahbazzadə adlı əsgər ictimai yerdə intihara cəhd edib.

İranda həkimlər tərəfindən depressiya diaqnozu qoyulan Əmirsam Şahbazzadə adlı əsgər ictimai yerdə intihara cəhd edib.

“Aznews tv”  xəbər verir ki, o, boğazına ip keçirib və üzərinə plakat asaraq dediklərini təsdiq edən tibbi sənədlər təqdim etməklə bildirib: “Psixatriya xəstəxanasında gün müalicə aldım. Bütün bu müddət ərzində mənə dərmanlar verdilər və sonra məni orduya bağlı Hişmətiyə zindanına göndərdilər”.

O, İran Silahlı Qüvvələri Baş Qərargahının məsul şəxslərindən onun hərbi xidmətdən azad edilməsini istəyib və Şəhid Fonduna müraciə edib ki, ordunun sınaq-təlim məşqlərində aldığı xəsarətlə bağlı onu qazi olaraq qəbul etsin.

İntihara cəhd edən gəncin taleyi ilə bağlı hələlik heç bir məlumat yoxdur

Related Articles

Bir cavab yazın

Back to top button