Dünya

Mərkəzi Afrikada silahlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub

Mərkəzi Afrika Respublikasının şimal-qərbində silahlı dəstənin hücumu nəticəsində azı 22 nəfər həlak olub.

Aznewstv xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Məlumata görə, bir qrup yaraqlı ölkənin şimal-qərbindəki Nzakundu kəndində ordunun mövqelərinə hücum edib.

Qeyd edilib ki, hücum nəticəsində azı 22 nəfər həlak olub.

Bildirilib ki, onlar “Dəyişiklik üçün Vətənpərvərlər Koalisiyası”nın bir hissəsi olan 3R qrupuna aid ola bilər.

Related Articles

Bir cavab yazın

Back to top button