Dünya

Putin Zelenski ilə görüşə razılıq verdi

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili üçün səy göstəririk. Putin bizim prezidentimizlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib. Ukrayna tərəfi də hazırdır.

Tərəflər arasında Belarusda texniki danışıqlar aparılır. Digər tərəfdən başqa kanalların da belə cəhdləri var, biz bunu dəstəkləyirik”, – deyə XİN rəhbəri vurğulayıb

Related Articles

Bir cavab yazın

Back to top button