Azərbaycan

Ərdəbildə Qara Göbələyə tutulmaqda şübhəli bir məriz bəlli edilib.

Qara Göbələk mərizliyi keçici deyil və korona ilə birbaşa heç bir ilgisi yoxdur. Bu mərizliyin yaranması səbəbi Morkurmists adında göbələkdir və imeni sistemi zəyif olanlarda və diabet kimi zəminə mərizliyi olanlarda daha çox görünür.

Qara Göbələk mərizliyi keçici deyil və korona ilə birbaşa heç bir ilgisi yoxdur. Bu mərizliyin yaranması səbəbi Morkurmists adında göbələkdir və imeni sistemi zəyif olanlarda və diabet kimi zəminə mərizliyi olanlarda daha çox görünür. Ərdəbilin Tibb Elmləri Bilimyurdunun Müalicə İşləri müavini Həsən Əsğəri bu barədə deyib: “bir neçə saat öncə Ərdəbilin Ələvi Mərizxanasında Qara Göbələyə tutulmaqda şübhəli bir məriz bəlli edilib. Bu mərizlik yeni deyil, amma nadir görünəndir. Koronanya yoluxmaqla bədənin imeni sistemi zəyiflədiyinə görə belə bir mərizlər həmin mərizliyə yoluxa bilirlər. Həmin xəstəyə bəlli edilən kimi gərəkən yoxlama işləri görülmüş və qarşıdakı günlərdə azimayişqah yoxlamasının nəticələri, onun Qara Göbələk mərizliyinə yoluxub yoluxmadığı bildiriləcək. Doğrulanarsa bu məriz üçün bütün müalicə işləri nəzərə alınıb. Diabetli mərizlrdə bu mərizliyin əlaməti yaranın birdən və sürətlə artmasıdır. Belə əlamətlər görünərsə yubatmadan müalicə mərkəzinə müaraciət olunmalıdır. Ərdəbil Əyalətinin bütün əhalisindən istəyirik ki, belə xəbərləri etibarlı qaynaqlardan öyrənsinlər, qaynağı olmayan rəsanələrdə yazılmışlara etina göstərməsinlər.”

Related Articles

Bir cavab yazın

Back to top button