Azərbaycanİran

Bu iki faktor fars-molla rejiminin sonunu gətirəcək

Elyar Kamranidən İRAN AÇIQLAMASI

İranda uzun müddətdir davam edən etirazlar səngimək bilmir. Yenidən ölkənin bir çox şəhərlərində fars-molla rejiminə qarşı etirazlar baş verib. Amma uzun müddətdir ki, etirazların davam etməsinə baxmayaraq molla rejiminin sonu hələ də yetişməyib. Bəs görəsən proseslər necə davam edəcək? Rejim dəyişikliyi mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən İran üzrə ekspert Elyar Kamrani İslam Respublikasında 5 aya yaxındır ki, etirazların davam etdiyini bildirib: “Bəzi vaxtlar etirazların miqyasında azalma müşahidə edilsə də, nümayişlər heç vaxt tam səngiməyib. Yeni etirazlar İranda dolların bahalaşması və insanların iqtisadi cəhətdən çox çətin vəziyyətə düçar olması ilə əlaqədardır. Bu səbəbdən də insanlar küçələrə axışaraq öz haqq səslərini rejimə çatdırırlar. Çünki iranlılar iqtisadi çətinliklərdən və rejimin siyasi təzyiqlərindən beziblər. Hətta dini zülmlər səbəbindən iranlılar olduqca çətin vəziyyətdədirlər. Hesab edirəm ki, bu etirazlar uzun müddət davam edəcək. Çünki etirazlara görə, İran hökuməti insanları öldürməkdən çəkinmir. 1979-cu ildə ölkəyə bu sistemi gətirən qüvvələr hələ də fars-molla rejimini himayə edir. İki faktor bu rejimi dəyişə bilər. Birincisi, İranda yaşayan bütün millətlər öz istəkləri ilə küçələrə axışmalıdır. Bu halda qan su yerinə axsa da, rejim milyonlarla insanın qarşısında dayana bilməyəcək. İkincisi, dünya səviyyəsində bütün ölkələr öz himayəsini İran üzərindən çəkməlidir. Yəni diplomatik əlaqələr tamamilə dayandırılmalıdır. Amma ikinci məsələnin reallaşacağı bir az çətin görünür”.

Iranda aksiyalar uzun muddet davam ederse, rejimi devire biler” - Elyar Kamrani

Ekspert əlavə edib ki, keçmiş şahın oğlunun tərəfdarları bu etirazları öz istəklərinə tabe etməyə çalışırlar: “Bu səbəbdən də digər qruplarla ixtilaflar baş verir. İxtilaflar isə fars-molla rejiminin ömrünü uzadır. İrandakı bütün millətlərin etirazlarına dəyər verilsə, bu, daha tez nəticə verər. Əgər nümayişlər daha güclü xarakter alsa və rejimin iqtisadi qüdrəti sarsılsa, o zaman etirazlar daha böyük miqyas alacaq. Qarşıdakı günlərdə biz xalqın daha çox küçələrə axışmasının şahidi olacağıq. Bütün millətlər bu etirazlara qatılsa, rejimin ömrü sona çatacaq. Proses məhz buna doğru gedir. Fars-molla rejimi dəyişilməli, demokratik və millətlərin hüquqlarını tanıyan bir dövlət yaranmalıdır”.(KONKRET.az)

Related Articles

Bir cavab yazın

Back to top button