İran

Kirman əyalətində silahlı qarşıdurma: üç polis ölüb, yaralananlar var

Kəhnuc şəhərinin fərmandarı mətbuata musahibəsində Bildirirb. Vəhdət Eydi uyuşdurucu maddə qaçaqçıları ilə silahlı qarşıdurmada üç polisin hadisə yerində ölməsi ilə yanaşı daha ikisinin ağır yaralandığını açıqlayıb.

AN.T-ə gələn bilgilərə görə Hadisə tir ayının 24-ü yerli vaxtla günortadan sonra saat 16:00-da yoxlama keçirən polis qüvvələri ilə uyuşdurucu qaçaqçıları arasında silahlı qarşıdurma baş verib.

Yaralı polislər mərizxanaya çatdırılıb. İndi onların sağlıq durumunun normal olduğu bildirilir.

Bildirilib ki, atışma çağı yaraqlı uyuşdurucu maddələr qaçaqçılardan biri polis tərəfindən öldürülsə də, dəstənin qalan üzvləri hadisə yerindən qaça biliblər.

Related Articles

Bir cavab yazın

Back to top button