Dünya

Rus ordusu Xersonu 55 dəfə atəşə tutub: ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri ötən gün Ukraynanın Xerson vilayətini 55 dəfə atəşə tutub, nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

“RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin açıqlama verib.

Vilayət ərazisinə minaatanlardan, artilleriya qurğularından, QRAD, tank, aviasiya, tank əleyhinə raket sistemləri və PUA-lardan ümumilikdə 300 mərmi atıldığı bildirilir. (report)

Related Articles

Bir cavab yazın

Back to top button