Dünyaİran

Hollandiyanın Haarlem şəhərində İranın casus şəbəkəsi aşkarlanıb

Holəndin Haarlem şəhərində İranın casus şəbəkəsi görünüb. Bu barədə “Archos” radio və “BitDefender” sayberi əmniyyət şirkətinin birgə raporunda bildirilib. Məlumata görə, sayber əmniyyəti üzrə təhqiqatçılar Haarlem şəhəri yaxınlığında İrana casusluq etmək üçün istifadə olunan bir server qeydə alıblar.
“Archos” telekanalının jurnalisti Rik Delhasın sözlərinə görə, İran rejimi bu şəbəkəni siyasi müxaliflərinə qarşı casusluq etmək üçün istifadə edib.
Jurnalist bildirib ki, Holənddə yaşayan iranlı bir şəxs telegram proqramı vasitəsilə İran müxalif fəalından şübhəli fayl alıb. Bununla da həmin şəbəkə tapılıb və dərhal fəaliyyəti dayandırılıb.
Rik Delhas həmin sənədin açılmadığı üçün şəbəkənin sayber hücumuna məruz qalmadığını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button