Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 170 dinc sakin həlak olub

Rusiya ordusunun Xarkov şəhərini atəşə tutması nəticəsində 170 dinc sakin həlak olub.

Bu barədə Xarkov vilayəti üzrə İstintaq İdarəsinin rəisi Sergey Bolvinov “Facebook”da məlumat verib.

“08.03.22-ci il saat 18.00-a olan məlumata görə, Xarkov və bölgədə 5-i uşaq olmaqla 170 dinc sakin öldürülüb. Təkcə son 24 saat ərzində Xarkovda 27 dinc sakin öldürülüb.”, – deyə Sergey Bolvinov bildirib.

Ukraynada Makarov qəsəbəsindən gələn qaçqınların olduğu avtobus da Rusiya ordusu tərəfindən atəşə tutulub.

“Report” xəbər verir ki, bunu Jitomir şəhərinin meri Serey Suxomlin bildirib.

Onun sözərinə görə, insanlar atəş altında 4 kilometr piyada gediblər.

“Jitomirdə onlar sadəcə su almaq və digər ehtiyacları üçün kafedə dayanıblar. Onların mindiyi nəqliyyat vasitəsinin şüşələri sındırılıb. Kafedə onlara yemək verilib, su verilib”.

Mer əlavə edib ki, yerli sakinlər digər avtobuslarla yola salınıb.

Qeyd edək ki, Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə Rusiya ordusu tərəfindən aviazərbələr endirilib.Aviazərbələr nəticəsində 13 ukraynalı dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button