Azərbaycanİran

Kərəcdə səs verməyən məhkumlar cəzalandırılıblar

İran həbsxanalarında saxlanılan məhbuslar parlament və Ekspertlər Məclisinə keçirilən seçkilərdə iştiraka məcbur edilirlər.

Bu qəbildən olan məcburi səsvermə faktlarından biri Kərəc şəhərinin Qızıl Hisar həbsxanasında qeydə alınıb.

Həbsxana rəisi Kərəmullah Əzizi nəzarətçilərin müşayiəti ilə məhbuslarla görüş keçirib. O, səsvermənin məcburi olduğunu və səsvermədə iştirak etməyənlərə qarşı ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

İnsan haqları fəalları məhbusların yaxınlarına istinadən bildiriblər ki, buna etiraz edən bir neçə məhkum təkadamlıq kameraya köçürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button