BölgəSiyasət

Livanın prezidenti: İsrail bizə müharibə elan etdi

Livanın prezidenti Mişel Ayun İsrailin Suriya-Livan sərhədinə zərbələr endirməklə ölkəsinə müharibə elan etdiyini bəyan edib.

Aznews.tv xəbər verir ki, M.Ayun bunu avqustun 26-sı BMT-nin Livandakı xüsusi əlaqələndiricisi Yan Kubişlə danışıqlar apardıqdan sonra bildirib.

“Baş verən müharibə elan edilməsinə bənzəyir və bizə suverenitetimizi qorumaq hüququmuza əl atmaq haqqı verir”, – deyə president əlavə edib.

Bundan əlavə M.Ayun ölkənin daxili işlər və müdafiə nazirləri və ordunun ali baş komandanı ilə görüşərək hava zərbəsindən sonra təhlükəsizlik məsələlərini müzakirə edib.

Eyni zamanda Livanın baş naziri Saad Hariri İsrailin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələri bölgədə gərginliyi artırmağa yönələn “açıq aqressiya” kimi qiymətləndirib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button