İran

Şərqi Azərbaycanda yol qəzalarının sayı artıb

Doğu Azərbaycanda bu ilin ilk ayında baş verən yol təsadüflərində 70 nəfər həyatını itirib. Bu da ötən illə müqayisədə yüzdə 67 artım olduğunu göstərir. Məsələ ilə bağlı Doğu Azərbaycanın Qanuni Pezişki Baş İdarəsinin müdiri doktor Əli Səfai Fərd bildirib. Onun sözlərinə görə, həmin müddətdə ölənlərdən 57-si kişi, 13-ü isə xanım olub. Açıqlamaya görə, şəhər ilə kənd yolları arasında baş verən təsadüflərdə 44 nəfər ölüb. 19 nəfər şəhər içi, 1 nəfər isə əyalətdən qıraq yollarda təsadüf zamanı həyatını itirib.

Related Articles

Bir cavab yazın

Back to top button