İran

İranın yüksək vəzifəli şəxsinin ailəsinə məxsus gəmi Hindistanda saxlanıldı

İranın Ali Milli Əmniyət Şurasının katibi Əli Şəmxaninin oğullarına məxsus “Admiral” gəmiçilik şirkətinə aid “Kabul” konteyner gəmisi Hindistan hökuməti tərəfindən bu ölkənin limanlarından birində müsadirə olunub.

İranın Ali Milli Əmniyət Şurasının katibi Əli Şəmxaninin oğullarına məxsus “Admiral” gəmiçilik şirkətinə aid “Kabul” konteyner gəmisi Hindistan hökuməti tərəfindən bu ölkənin limanlarından birində müsadirə olunub.

Hindistan məhkəməsi “sənədlərin qüsurlu” olması səbəbi ilə son 5 gün ərzində gəmi və yükün müsadirə edilməsinə qərar verib və gəmi Hindistanın Kandla limanında saxlanılıb.

“Aznews tv”xəbər verir ki, Dəniz Hərəkəti Gəmilərinin İzlənməsi və Dəniz Məlumatları Şirkətinin məlumatları da gəminin hazırda Hindistanın qərb sahilindəki Kandla limanda lövbər saldığını göstərir.

“Admiral” şirkəti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin oğulları Həsən və Hüseyn Şamxanilərə məxsusdur və Şamxaninin övladlarının, eləcə də qardaşı və kürəkəninin iqtisadi fəaliyyətləri son illərdə geniş tənqid olunub.

İranın Limanlar və Dəniz Təşkilatının nümayəndəsi məsələ ilə bağlı “İLNA” xəbər agentliyinə bildirib ki, adıçəkilən gəmi İran bayrağı altında üzmədiyi üçün Limanlar və Dəniz Təşkilatının məsələyə müdaxiləsi mümkün deyil.

O, “Kabul” gəmisinin hansı bayraq altında üzdüyü barədə dəqiq məlumat verməsə də, “Marin Trafik” məlumatları İran gəmisinin Qərbi Afrikadan Liberiya bayrağı altında üzdüyünü göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button