İran

İrana bağlı yaraqlılar Suriyada daşınmaz əmlak satın alırlar

“Suriya xalqı Hüms və Hələb şəhərlərində İrana bağlı yaraqlılar tərəfindən əmlak alışının davam etməsinə qəzəblidir”. Bu fikirlər Suriyanın İnsan Haqlarına Nəzarət Qurumunun raporunda yer alıb. Raporda Suriyanın bütün bölgələrində iqtisadi durumunun gərgin olduğu, işləməyə yerlərin olmaması, qiymətlərin kəskin artdığı vurğulanıb. Belə bir şəraitdə yaraqlılar tərəfindən daşınmaz əmlak alışının davam etdiyi diqqətə çatdırılıb. “İranın himayəsində olan yerli və xarici yaraqlılar müxtəlif məhəllələrinin önəmli hissəsini satın alıblar. Sözügedən məhəllələrin sakinləri ötən illərdə qaçqın düşüb. Dəməşq və başqa bölgələrdə olduğu kimi, Hüms şəhərində də İranın himayəsində olan yaraqlılar mənzil və mağazalar alırlar. Yaraqlılar əmlaklar üçün yüksək miqdarda pul ödəyirlər”,-deyə raporda bilgi verilib. Bir suriyalı ictimai şəbəkə vasitəsilə məsələyə münasibət bildirib. “Bizim yemək almağa belə pulumuz yoxdur, bunlar pulları haradan gətirir? Onlar mənzil və mağazaları almaq üçün böyük məbləğdə vəsaitləri hardan və necə əldə edirlər? Bizim hətta əmlakımız da suriyalı olmayanların mülkiyyətinə keçib. Belə davam edərsə, gələcəkdə Suriya adında bir ölkə olmayacaq”,-deyə o, vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button