Azərbaycan

Güney Azərbaycanın qızıl mədənlərinin farslar tərəfindən talanmasına dair şok sənədli film hazırlanıb

Güney azərbaycanı rejissor Səccad Kəriminin çəkdiyi “Ölüm üçbucağı” adlı sənədli filmdə Qərbi Azərbaycan vilayətinin Tikantəpə bölgəsində yerləşən “Ağdərə” və “Zərşuran” qızıl mədənlərindən və ətrafda yaşayan soydaşlarımızın ağır durumundan söz açır.

“Aznews tv”ın xəbərinə görə, filmdə habelə qızıl mədənləri ilə yanaşı 80 daş, qranit və mərmər mədəninin İsfahan və Tehran şirkətləri tərəfindən istismar edilərək başqa vilayətlərə daşınmasından söz açılır. Habelə bölgənin ən əsas infrastrukur imkanlarından məhrum olduğu, əhalinin işsizlik və yoxsulluqdan əziyyət çəkdiyi qeyd olunur. Filmdə danışan yerli əhali ağır durumda olduğunu, “ölüm üçbucağı”nda yaşadığını bildirir.

Qeyd edək ki, Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşir. Burada Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həm də 80 daş mədəni var.

Related Articles

Bir cavab yazın

Back to top button