İran

Milli fəal Saman Bidar müvəqqəti azadlığa buraxılıb

Ərdəbildə yaşayan mədəni fəal, “Tiraxtur” futbol timinin Ərdəbil tərəfdarlarının başçılarından olan Saman Bidar marsın 8-də 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb. Azərbaycanlı fəal məhkəmənin ilkin mərhələsində “İran İslam Cümhuriyyəti sisteminə qarşı təbliğat” ittihamı ilə təqsirləndirilib. Xatırladaq ki, fəal marsın 4-də Ərdəbilin “Şam Əsbi” zindanının müvəqqəti istintaq bölümünə köçürülüb. Saman Bidar 28 fevriyə tarixində əmniyyət məmurları tərəfindən saxlanılıb. İki gün əmniyyət idarəsinin müvəqqəti istintaq bölümündə dindirildikdən sonra Ərdəbil həbsxanasına köçürülüb. Fevriyənin 29-da Ərdəbil İnqilab Məhkəməsinin 9-cü istintaq şöbəsi tərəfindən fəala ittihamının “İran İslam Cümhuriyyəti sisteminə qarşı təbliğat” olduğu bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button