İran

Hüseyn Əmir Abdullahiana səyahət məhdudiyyətləri qoyulacaq

ABŞ BMT tədbirlərində iştirak etmək üçün Nyu Yorka səfəri zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana əlavə səyahət məhdudiyyətləri tətbiq edəcək.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

“İran nümayəndə heyətinin və nazirin özünün hərəkəti BMT-nin baş qərargahı, İranın dünya təşkilatındakı nümayəndəliyinin binası və İranın BMT-dəki daimi nümayəndəsinin iqamətgahı ətrafında bir neçə məhəllə ilə məhdudlaşacaq”,- məlumatda qeyd olunub.

Bundan əlavə, İran nümayəndə heyətinə Lonq-Aylend-Siti ərazisindəki bir neçə məhəlləyə giriş və konkret marşrut üzrə Con Kennedi adına beynəlxalq hava limanına getmək imkanı təmin ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button