Azərbaycanİran

Millət vəkili Urmu gölü ilə bağlı xəbərdarlıq etdi

Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir ekoloji fəlakətlə bağlı növbəti dəfə xəbərdarlıq edib.

O, mediaya müsahibəsində bu barədə bildirib.

“Həm dövlət,  həm xalq Urmiya gölünün qurumasından qorxmalıdır. Gölün quruması nəticəsində duz qasırğaları paytaxtı da təsiri altına alacaq. Minlərlə hektar əkin və bağ sahəsi məhv olacaq, dəri , tənəffüs xəstəlikləri tuğyan edəcək”,- Salman Zakir vurğulayıb.

Qeyd edək ki, Urmu gölünün sahəsi ötən illə müqayisədə 1139,96 kvadrat kilometr azalaraq, 938,10 kvadrat kilometrə çatıb.

Bu, uzunmüddətli orta göstəricidən 3729,58 kvadrat kilometr azdır.

Göldə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,41 milyard kubmetr, uzunmüddətli dövrdə isə 15.70 milyard kubmetr azalıb.

Related Articles

Bir cavab yazın

Back to top button