İran

Xoyun iki karvansarasında abadlaşdırma işləri görüləcək

Ölkənin nəqliyyat altyapısını gəlişdirmə şirkəti tərəfindən Dərəxan və Qotur adlı tarixi karvansaraların ərazisindəki yollar genişləndirilib. Bunu nəzərə alaraq sözügedən karvasaraların çevrəsini düzəltmə tərhi hazırlanıb. Məsələ ilə bağlı Xoyun mədəni İrs, Turizm və Əl Sənətləri idarəsinin başqanı məlumat verib. Əziz Mirzayi bildirib ki, karvansaraların sənədləri YUNESKO-ya göndərilib. Bu addım karvansaraların dünya tarixi abidələr listəsində qeydiyyata alınması məqsədilə atılıb. Gələcəkdə təşkilat uzmanlarının bu iki karvansaraya baxış keçirməsi planlaşdırılır. Buna görə də yenidənqurma işləri aparılacaq. Əzizinin sözlərinə görə, karvansaraların çevrəsini düzəltmə tərhinə etibar ayrılmalıdır. Bildirək ki, Xoyda qeydə alınan 100-ə yaxın tarixi və təbii abidə buranı ölkənin turistik məkanlarından birinə çevirib.

Related Articles

Bir cavab yazın

Back to top button