Azərbaycan

Putin: “Dağlıq Qarabağ Beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir”

“Dağlıq Qarabağda gərginlik uzun illər davam edib. Bunun xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”. Bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib. O, qoşunların təmas xəttində tez-tez atışmaların olduğunu xatırladıb. “Nəticədə bu, münaqişəyə çevrildi. Biz həmişə, uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması nöqteyi-nəzərindən çıxış etmişik. Beynəlxalq və hüquqi nöqteyi-nəzərdən bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm, Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu mənada bu vəziyyəti də nəzərə alaraq, Dağlıq Qarabağın özü də beynəlxalq hüquq baxımından Azərbaycanındır”, – deyə Rusiya prezidenti vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button