Dünya

Rusiyada 5 deputat yenidən koronavirusa yoluxdu

Rusiya Dövlət Dumasının 5 millət vəkili yenidən koronavirusa yoluxub.

Bu barədə Dumanın sədri Vyaçeslav Volodin plenar iclasda məlumat verib.

“Ən çox narahatedici məqam 5 deputatın təkrar bu virusa yoluxmasıdır. Antitel işləməyib, onlar yenidən virusa yoluxublar”, – deyə spiker bildirib.

Onun sözlərinə görə, bu günə qədər ümumilikdə 157 deputat koronavirusa yoluxub və sağalıb. Hazırda xəstəxanada müalicə olunan deputatlar da var.

“Koronavirusa yoluxan millət vəkillərinin sayı keçən həftəyə nisbətən 11 nəfər artıb”, – Volodin qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button