Azərbaycan

Tarixi məqalə: Təbrizli memarların Osmanlı memarlığına töhfələri – Çinili köşk

Çinili köşk İstanbulda Topkapı sarayı külliyyəsində yerləşir. 1472-ci ildə Memar Kəmaləddinin tikdiyi bu köşk plan-məkan həllinə görə Azərbaycanın Elxanilər dövründə formalaşmış saray köşkləri ilə eynidir.

Memarlıq bəzəyində çoxrəngli kaşı mozaikası tətbiq edildiyindən onu Çinili (Kaşılı) köşk adlandırmışlar. Çinili köşk XV əsrdə Türkiyə-Azərbaycan memarlıq əlaqələrinin dəyərli əsərlərindən biridir.

Kaşıçılıq sənəti binaların daxilinin və ya fasad hissəsinin minalanmış kərpiclərlə gözəlləşdirilməsində istifadə olunur.

Hazırladığımız tarixi məqalələrin “Təbrizli memarların Osmanlı memarlığına töhfələri” fəslinə aid digər paylaşımlarla bu linklərə keçid edərək tanış ola bilərsiniz:

Related Articles

Bir cavab yazın

Back to top button