az

NATO Əfqanıstanla bağlı üzv ölkələrin nazirlərinə müraciət edib

NATO üzv ölkələrin xarici işlər vəzirlərini Əfqanıstanla bağlı bu həftə fikir mübadiləsi aparmağa çağırıb. NATO-nun baş dəbiri Yens Stoltenberq azər ayının 10-da bildirib: “NATO çətin və həll olunmaz bir müşkülə tuş gəlib. Etilaf gücləri çıxarsa, Əfqanıstan beynəlmiləl terrorçular üçün etibarlı sığınacağa çevriləcək. Qalarsa da, gərginliyin artacağı gözlənilir”. Məlumata görə, Stoltenberq bu sözləri üzv ölkələrin xarici işlər vəzirlərinin videotoplantısından bir gün qabaq deyib.
Xatırladaq ki, Əfqanıstanda əmniyyətin qurulması yönündə beynəlmiləl çabalardan 17 il keçir. Hazırda Əfqanıstanda dünyanın təxminən 10 ölkəsindən 11000 nizami var. NATO isə havadan müdafiə, eləcə də daşıma və locistik baxımdan Amerika ordusundan asılıdır.

Related Articles

Bir cavab yazın

Back to top button