İran

1360-cı onillikdə doğulmuşların faciəli gələckləri var

60-cı onillikdə doğulanların sayı hardasa 20 milyon nəfərdir. Bunlar 1357-ci ildə İran İnqilabından nəticələnmiş və bu ölkədə yaşam şəraitini çətinləşdirən sürətli dəyişmələr və olayların oluşduğuna görə yaşamlarının hər bir mərhələsində ayrıca faciə ilə qarşılaşıblar

60-cı onillikdə doğulanların sayı hardasa 20 milyon nəfərdir. Bunlar 1357-ci ildə İran İnqilabından nəticələnmiş və bu ölkədə yaşam şəraitini çətinləşdirən sürətli dəyişmələr və olayların oluşduğuna görə yaşamlarının hər bir mərhələsində ayrıca faciə ilə qarşılaşıblar. İndilik, iranlı yaşlıların sayı hələ 6 milyon nəfərdir. Amma dövlət bu sayda qocalmışların maaş və aylıqlarının təminində aciz qalıb. Uzmanlar isə, yaşlılarla ilgili daha gerçək faciənin 60-cı onillikdə doğulanların qocalıq yaşlarına çatmaları ilə oluşacağına uyarırlar.
İranda 16 Təqaüd Sandığı (Fondu) iflasa uğrayıb və ancaq İctimai Təmin Sandığı qalıb, bu da iflasa uğramaqdadır. Uzmanlar uyarırlar ki, bu sandıq qarşıdakı 10 ildə iflasa uğramasa da, 60-cı onillikdə doğulanların qocalma çağında mali böhrana tuş gələcəkləri hətməndir.

Related Articles

Bir cavab yazın

Back to top button