İran

İRAN ZINDANLARI İLƏ BAĞLI İXTAR VERİLİB

“Əbdülrəhman Borumənd” İnsan Haqları Bunyadı İrandakı 13 zindanda hökm sürən vəziyyətlə bağlı yaydığı quzarişdə, İran hökumətinin ölkədəki məhbusların canının qorunmasına laqeyid yanaşmasını intiqad edib.

“Əbdülrəhman Borumənd” İnsan Haqları Bunyadı İrandakı 13 zindanda hökm sürən vəziyyətlə bağlı yaydığı quzarişdə, İran hökumətinin ölkədəki məhbusların canının qorunmasına laqeyid yanaşmasını intiqad edib.
Borumənd Bünyadının həmin zindanlardan topladığı məlumata görə, “İran zindanlarında koronavirusun yayılmasının qarşısının alınması hədəfi ilə Qəzaiyyə Qüvvəsi tərəfindən görülən önləyici tədbirlər yetərli olmayıb və bütün cəzaçəkmə müəssisələrində eyni qaydada və dəqiq şəkildə icra edilməyib”.
Bu quzarişdə zindanlarda hökm sürən “qeyri-standart behdaşt səthi” vurğulanır:
“Misal üçün, Urmu zindanında cəza çəkən qadın məhbusların hətta pulsuz sabun və şampudan istifadə imkanları yoxdur”.
Habelə müstəqil nəzarət qurumları olmadıqda məhbusların şikayətlərinə az baxıldığını bildirən Borumənd Bunyadı, “qrup halında həbslər, imkanların və şəffaflığın olmaması, fəsad və zindanların idarə olunmasında məsulların səriştəsizliyi məhbuslar üçün olduqca xətərli mühit yaranmasına səbəb olub”, – deyə əlavə edib.
Zindanda saxlanılmamalı olan siyasi və əqidəli məhbusların azad edilməsinə çağıran Bünyad, “kiçik və qeyri-zorakı cinayətlərə görə tutularaq həbs cəzasına məhkum olunanların bir çoxu da bu quzariş hazırlanana qədər azad edilməyib və zindanlarda həddindən artıq sıxlıq müşkülü hələ də həll olunmayıb”, – deyə yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button